« EU's Central Asia partnership, one year on | Main | Ukraine clash threatens oil to Europe »

Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesində əvvəlki davranış xəttini saxlamalıdır

[News article (Interview) first published (in Azeri translation from English) by Trend News Agency (Baku), 1 August 2008, under the by-line of N. Boqdanova.]

"Sülh yolu ilə həllə nail olmaq üçün Azərbaycan Dağlıq Qarabağ üzrə danışıqlar prosesində eyni strateji xətti saxlamalıdır", - Avrasiya ölkələri üzrə aparıcı ekspert, doktor Robert Katler deyib.

"Dağlıq Qarabağ münaqişəsi üzrə sülh danışıqları prosesində Azərbaycan əvvəllər tutduğu prinsipial strateji xətti saxlamalıdır", - Trend News-a müsahibəsində Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları institutunun böyük elmi işçisi, doktor Katler bildirib.

"Əvvəlki davranış xəttini davam etdirməklə Azərbaycan danışıqlarda ortaya çıxan spesifik anlarda öz maraqlarına xidmət edən taktiki kompromislərə getməlidir", - o əlavə edib.
Rəsmi Bakı Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü əsasında həllini tələb edir.

Cəbhə xəttindəki snayperlərin çıxarılması barədə ATƏT-in Minsk qrupunun bəyanatı ilə bağlı Katler deyib ki, bu, yalnız Ermənistan tərəfinin Azərbaycan ərazilərini mütəmadi atəşə tutmasını dayandırması zamanı səmərəli ola bilər.

"İşğal olunmuş ərazilərdəki silahlı qoşunlar həqiqətən də azərbaycanlı əsgərlərə atəş açmaqdan əl çəksələr və buna cavab olaraq Azərbaycan da eyni addımı atsa yaxşı olardı", - o qeyd edib.

1994-cü ildə Azərbaycan və Ermənistan arasında atəşkəs rejimi haqqında razılıq əldə olunsa da, bu rejim erməni silahlı qüvvələri tərəfindən mütəmadi olaraq pozulur.

Dağlıq Qarabağ münaqişəsinin BMT-nin Baş Assambleyasının 64-cü sessiyasında müzakirəsi ehtimalını xatırladan doktor Katler bildirib ki, "Son zamanlar BMT "Qafqazda dondurulmuş münaqişələrin həllinə konstruktiv töhfə verə bilməyib. Ancaq bu yalnız BMT-nin günahı deyil, hadisələrin gedişi belədir".

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Еrmənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. 1991-ci ilin dekabrında, Şuşa və Xocalı istisna olmaqla, Dağlıq Qarabağ Azərbaycanın nəzarətindən çıxıb. 1992-1993-cü illərdə Şuşa, Xocalı və Dağlıq Qarabağa bitişik yeddi rayon işğal olunub. 1994-cü ilin mayında tərəflər atəşkəs rеjiminə dair razılaşma əldə еdiblər və о vaхtdan bəri, ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.


RSS feed Atom feed Follow Facebook Networked Blog Twitter
notification

About

This page contains a single entry from the blog posted on August 1, 2008 5:50 PM.

The previous post in this blog was EU's Central Asia partnership, one year on.

The next post in this blog is Ukraine clash threatens oil to Europe.

Many more can be found on the main index page or by looking through the archives.

Powered by
Movable Type 3.33