İran və Rusiya arasında Xəzər dənizində başlayan ikigünlük birgə təlimlər digər Xəzəryanı dövlətlər - Azərbayjan, Türkmənistan və Qazaxıstan tərəfindən diqqətlə izlənilir. Bu barədə "Asiya Times" qəzetində Robert Katler yazıbdır.
O qeyd edibdir ki, bu ölkələr, ələlxüsus Azərbayjan Rusiya ilə İran arasında baş verən yaxınlaşmanı diqqətdə saxlayır. Belə ki, Tehranla Bakı arasında Xəzərdəki "Alov" yatağı ilə bağlı münaqişənin izləri hələ də yaddaşlardan silinməyibdir. Üstəlik, İran bu yaxınlarda "Əlborz" adlanan neft buruğunu Xəzərdə quraşdırmaq niyyətini açıqlayıbdır. İsveç dizaynı əsasında ölkə daxilində istehsal olunan "Əlborz"un adı İranın iddia etdiyi Azərbayjanın "Alov" neft yatağına verdiyi adla üst-üstə düşür. Mübahisəli olan bu yataqda 4 milyard barrel neftin mövjud olması güman edilir. 2001-ji ilin iyulunda İran hərbi gəmisi "British Petroleum" şirkətinə məxsus iki araşdırma gəmisini həmin ərazidən qovmuşdu. Tehranın "Alov" yatağına iddiası yalnız onunla əsaslandırıla bilər ki, İran Xəzər dənizini göl hesab edir. Bu yanaşmaya görə, Xəzər 5 sahilyanı dövlət arasında hərəyə 20 faiz payla bölüşdürülməlidir.
R.Katler hesab edir ki, İranın regional enerci layihələrindən, ələlxüsus da "Nabukko" qaz kəməri layihəsindən uzaqlaşdırılması rəsmi Tehranın mövqeyini bir qədər də sərtləşdiribdir. Hər halda, "Əlborz" adlı neft buruğunun Xəzərə çıxarılması göstərir ki, Tehran bu məsələni Azərbayjanla konstruktiv şəkildə müzakirə etmək niyyətində deyildir.
Xatırladaq ki, bu günlərdə ilk dəfə olaraq Rusiya və İran Xəzər dənizində birgə hərbi donanma təlimlərinə başlayıbdır. Təlimlərə 30 Rusiya və İran gəmisi, habelə helikopterlər də qatılıbdır. İranın limanlar üzrə ali rəsmisi bəyan edibdir ki, təlimlər iki ölkə arasındakı koordinasiyasını güjləndirəjəkdir.(AssA-İradə)*
Copyright © Robert M. Cutler
unless otherwise noted.
See reprint info if you want to reproduce anything in any medium.
For individual, non-commerical use only.
This Web-based compilation: Copyright © Robert M. Cutler
URL: http://www.robertcutler.org/blog/2009/07/azrbayjan_iran_v_rusiyanin_xzr.html
First published by Ses Information Agency (Baku), 31 July 2009