[News article (interview) first published (in Azeri translation from English) in Yeni Şərq (Baku), 29 September 2009.]
“Yeni Şərq”in “Trend” agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya Araşdırmalar İnstitutunun elmi əməkdaşı Robert Kartler belə hesab edir."Rusiyanın Ukrayna ilə hazırkı münasibətləri kontekstində Avropa Azərbaycan ilə enerji sahəsində əməkdaşlıqda maraqlıdır", - deyə çərşənbə axşamı Bakıda Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən dairəvi masada çıxış edən Katler deyib. Planlaşdırılan yeni enerji layihələri haqqında danışarkən Katler bildirib ki, hazırda Avropa Xəzər və Yaxın Şərq regionundan Aİ ölkələrinə qaz ixracını nəzərdə tutan "Nabukko" layihəsinə çox ciddi yanaşır. Onun fikrincə, hazırda İran qazının "Nabuko" kəməri ilə ötürülməsi ümidləri çox azdır. "İranda enerji infrastrukturu hazırda ölkədə elə də yaxşı olmayan biznes mühitinin mövcud olması və şəffaflığın olmaması ilə əlaqədar çox aşağı səviyyədədir", - Katler bildirib. 2014-cü ildə "Nabukko" qaz kəmərinin ötürmə gücü 8 milyard kubmetr təşkil edəcək və 15,7 milyard kubmetrə, sonradan isə ildə 25,5 milyarda kimi artacaq. "Nabukko"-nun elan olunmuş 31 milyard kubmetrlik layihə gücü qaza olan tələbatdan və onun tədarük mənbələrinin sayından asılı olacaq.