« Обозреватель “Asia Times” Роберт Катлер считает | Main | «Участие Ирана в проекте Набукко маловероятно» »

Ekspert Robert Katler: “Azərbaycana kənardan baxan zaman, onun tam inkişaf etmiş ölkə olduğu aydın müşahidə olunur”

Bakıda səfərdə olan ABŞ-ın enerji sahəsində eksperti Robert Katler (Kanadanın “Karleton” Unversitetinin Avropaşünaslıq, Rusiyaşünaslıq və Avrasiyaşünaslıq İnstitutunda Baş Elmi işçi vəzifəsində çalışır) “Trend” Mətbuat Mərkəzində Dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə R. Katler Avropa və Asiya regionunda, o cümlədən Azərbaycanda mövcud olan enerji layihələrindən söz açıb. R. Katler Azərbaycanda ilk dəfə olduğunu bildirib.

“Mən Avrasiya regionunun enerji resursları ilə bağlı tədqiqatlar aparıram. Azərbaycana kənardan baxan zaman, onun tam inkişaf etmiş ölkə olduğu aydın müşahidə olunur və paytaxt Bakı da Avropa şəhəri sayılır”, - deyən R. Katler səfər çərçivəsində “Xəzər” Unversitetində məruzə ilə çıxış etdiyini bildirib. R. Katler səfəri çərçivəsində həmçinin Azərbaycan Diplomatik Akademiyası (ADA) təqdimatla çıxış etdiyini və Prezident yanında Strateji Araşdırmalar Mərkəzində keçirilən Dəyirmi masada iştirak etdiyini vurğulayıb. Onun sözlərinə görə, keçirilən bütün görüşlər böyük maraq kəsb edib.

“Avropada və Şimali Amerikada Cənubi Qafqaz regionuna maraq böyükdür. Ona görə də bura maraqlarım toqquşduğu bir region kimi baxırlar”, - deyə R. Katler qeyd edib. R. Katler deyib ki, bir sıra region dövlətlərin, o cümlədən Rusiya və Türkiyənin maraqları toqquşur.

Onun sözlərinə görə, bu proses keçmiş Sovet İttifaqının dağılmasından sonra daha da sürətlənib. “Azəri cəmiyyətində belə bir fikir formalaşıb ki, Türkiyə, Rusiya və İran dövlətlərinin maraqlarının toqquşması ilə bağlı Azərbaycana təsiri vardır. Həm XIX, həm də XX əsrlərdə Azərbaycanda gedən ictimai-siyasi proseslər bizə bunu deməyə əsas verir ki, Azərbaycan Avropanın bir hissəsidir”, - deyə R. Katler əlavə edib.


Copyright © Robert M. Cutler unless otherwise noted.
See reprint info if you want to reproduce anything in any medium.
For individual, non-commerical use only.
This Web-based compilation: Copyright © Robert M. Cutler
URL:  http://www.robertcutler.org/blog/2009/09/ekspert_robert_katler_azrbayca.html
First published by Səs İnformasiya Agentliy (Baku), 29 September 2009.


RSS feed Atom feed Follow Facebook Networked Blog Twitter
notification

About

This page contains a single entry from the blog posted on September 29, 2009 11:29 AM.

The previous post in this blog was Обозреватель “Asia Times” Роберт Катлер считает.

The next post in this blog is «Участие Ирана в проекте Набукко маловероятно».

Many more can be found on the main index page or by looking through the archives.

Powered by
Movable Type 3.33