« Азербайджан с точки зрения энергетики имеет большое значение для Европы | Main | Канадский эксперт: «Набукко» - более реалистичный проект, чем «Южный поток» »

“Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri” mövzusunda dəyirmi masa keçirilib

Azərbaycan prezidenti yanında Strateji Araşdırmalar Mərkəzində “Genişlənmiş Qara dəniz-Xəzər hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri” mövzusunda dəyirmi masa keçirilib. APA-nın məlumatına görə, tədbirdə əsas məruzəçi qismində Kanadanın Karlton Universitetinin Avropa,

Rusiya və Avrasiya Tədqiqatları İnstitutunun baş elmi işçisi doktor Robert Katler çıxış edib. Avropa Birliyinin xarici siyasətinin perspektivləri və Azərbaycanın enerji siyasətindən danışan ekspert Azərbaycanın Avropa enerji strukturu üçün önəmli rol oynadığını deyib. O, AB-nin bölgə ölkələri ilə əlaqələrini dərinləşdirməsi üçün Cənubi Qafqaz regionunda siyasətini aktivləşdirməsinin zəruriliyini vurğulayıb. R. Katler “Nabucco” layihəsinin reallaşması ehtimalının yüksək, İranın bu layihədə iştirak şansının isə çox az olduğunu söyləyib. Ekspertin fikrincə ki, İrandakı biznes mühiti və şəffaflığın olmaması bu ölkənin layihədə iştirakını əngəlləyən amillərdir: “Mən İranda olmuşam və orada görüşlər keçirmişəm. Hesab edirəm ki, İranın layihədə iştirakına ümid çox azdır”.

Mərkəzin konfrans zalında təşkil edilən və maraqlı müzakirələrlə müşayiət olunan tədbirdə Azərbaycan XİN-in, Diplomatik Akademiyanın, ARDNŞ-nin, Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətlərin məsul əməkdaşları, regional və beynəlxalq münasibətlər üzrə mütəxəssislər iştirak edib.


Copyright © Robert M. Cutler unless otherwise noted.
See reprint info if you want to reproduce anything in any medium.
For individual, non-commerical use only.
This Web-based compilation: Copyright © Robert M. Cutler
URL:  http://www.robertcutler.org/blog/2009/09/genislnmis_qara_dnizxzr_hovzsi.html
First published by Azeri-Press Agency (Baku), 29 September 2009, under by-line of Viktoriya Dementyeva.


RSS feed Atom feed Follow Facebook Networked Blog Twitter
notification

About

This page contains a single entry from the blog posted on September 29, 2009 4:30 AM.

The previous post in this blog was Азербайджан с точки зрения энергетики имеет большое значение для Европы.

The next post in this blog is Канадский эксперт: «Набукко» - более реалистичный проект, чем «Южный поток».

Many more can be found on the main index page or by looking through the archives.

Powered by
Movable Type 3.33