« Эксперт по евразийской политике: «США высоко ценят проводимую Азербайджаном независимую политику» | Main | "Набукко" нужно воспринимать как реальный проект »

Robert Katler: “Rusiya ilə Ukrayna arasındakı münasibətlər Avropanı Azərbaycanla enerji sahəsində əməkdaşlığa daha çox diqqət ayırmasına sövq edir”

Bu gün Azərbaycan Prezidenti Yanında Strateji Araşdırmalar Mərkəzi “Genişlənmiş Qara dəniz hövzəsi regionunda Azərbaycanın enerji strategiyasına geosiyasi amillərin təsiri” mövzusunda dəyirmi masa keçirib. SİA-nın məlumatına görə, tədbirdə əsas məruzəçi Kanadanın Karlton Universitetinin Avropa, Rusiya və Avrasiya tədqiqatları institutunun baş elmi işçisi, doktor Robert Katler idi.

Katler çıxışında əsasən Avro-Xəzər və Avrasiya ölkələrinin enerji sahəsindəki inkişafı və bunun region üçün əhəmiyyəti, bütün Avrasiya və regional dövlətlərin enerji layihələri üzrə əməkdaşlığı, etnik münaqişələr, beynəlxalq təhlükəsizlik məsələləri barədə danışıb.

Onun sözlərinə görə, hazırda Azərbaycan regionda Avropa üçün olduqca əhəmiyyətli ölkədir. “Rusiya ilə Ukrayna arasındakı münasibətlər Avropanı Azərbaycanla enerji sahəsində əməkdaşlığa daha çox diqqət ayırmasına sövq edir”.

O, öz çıxışında NABUCCO layihəsi barədə və Rusiyanın bu layihənin reallaşdırılmasına törətdiyi əngəllər barədə məlumat verdi. O sözügedən layihə ilə bağlı Türkiyə və İranın da tutduğu movqeyi bu cür xarakterizə etdi. “Türkiyə Bakı-Tbilisi-Ceyhanda oluğu kimi, NABUCCO-da böyük rol oynamır. Iranın da bu proyektə qoşulmasında bəzi problemlər var. Çünki, İranın infrastrukturu zəif inkişaf edib. Bu da biznes sahəsində şəffaflığın olmaması ilə əlaqədardır”, - Robert Katler deyib.


Copyright © Robert M. Cutler unless otherwise noted.
See reprint info if you want to reproduce anything in any medium.
For individual, non-commerical use only.
This Web-based compilation: Copyright © Robert M. Cutler
URL:  http://www.robertcutler.org/blog/2009/09/robert_katler_rusiya_il_ukrayn.html
FIrst published by Ses Information Agency (Baku), 30 September 2009.


RSS feed Atom feed Follow Facebook Networked Blog Twitter
notification

About

This page contains a single entry from the blog posted on September 30, 2009 6:29 PM.

The previous post in this blog was Эксперт по евразийской политике: «США высоко ценят проводимую Азербайджаном независимую политику».

The next post in this blog is "Набукко" нужно воспринимать как реальный проект.

Many more can be found on the main index page or by looking through the archives.

Powered by
Movable Type 3.33